Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər ictimaiyyəti ilə görüş keçirilib.

04 aprel 2016 | 16:00

Bölgədəki vəziyyətlə əlaqədar Naftalan şəhər ictimaiyyətilə  görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov məlumat verib ki, şəhərdə heç bir təhlükə yoxdur. Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır, düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurur və bütün təxribatların qarşısını layiqincə alınır. Şəhər rəhbəri düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı vermiş və səbr diləmişdir.
           Daha sonra YAP Naftalan təşkilatının sədri Hatəm Qocayev və şəhər Polis şöbəsini rəisi Mübariz Mehrəliyev qeyd etmişdir ki, işğal altında olan bir neçə kəndimizin də azad edilmişdir. Həmçinin  ictimaiyyətinin diqqətinə Mudafiə Nazirliyi tərəfindən təsdiq edilməyən  saytlarda yayılan yalan məlumatlara inanmamaq və təşvişə düşməmək çatdırılıb.
            Sonda sosial şəbəkə fəallarına cəbhə xəttində baş verənlərlə bağlı məlumatlara həssas yanaşmaq və ciddi şəkildə dəqiqləşdirmələr aparmaq bildirilib.

Keçidlər