Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 5 min 590 nəfər tibbi müayinədən yararlanıb.

29 mart 2016 | 15:00

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi böyük ruh yüksəkliyi ilə davam etdirilir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
   Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilir. Bu  məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Sağlamlıq aksiyasının mütəşəkkil keçirilməsi məqsədilə ətraf rayonlardan peşəkar həkimlər də cəlb olunmuşdur.
    Bu günə qədər 5590 nəfərin müayinələrdən keçməsi təmin olunub, onlardan 5339  nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 283 nəfərə ambulator, 66 nəfərə isə stasionar müalicə təyin olunub.  Həmçinin 2 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib

Keçidlər