Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Naftalanda

29 mart 2016 | 15:00

Naftalan şəhərində Martın 28-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstərilir. 2 gün ərzində səyyar “ASAN xidmət” vasitəsilə 400-dən çox vətəndaşa səyyar formada xidmət göstərilib     
      Hazırda Səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusu vətəndaşların xidmətlərdən yararlanmaları üçün Naftalan şəhərində əhaliyə xidmət edir.(Ünvan: Naftalan Şəhər İcra Hakimiyyəti)
      Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
     Ümumilikdə 30-a yaxın xidmət göstərilir.

Keçidlər