Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində Naftalan məktəblilərinin tur-aksiyası başa çatıb.

28 mart 2016 | 15:00

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 24-dən 27-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya başa çatıb.
       İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Naftalan məktəblilərindən ibarət  qrupun üzvləri martın 27-də Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelindən şəhərimizə  yola düşüblər. Ekskursiya proqramı son dərəcə maraqlı və yaddaqalan olub. Şagirdlər ekskursiya zamanı istirahət etməklə yanaşı, regionların tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı ilə tanış olub, musiqili-əyləncəli tədbirlərdə, bilik və idman yarışlarında iştirak ediblər.

Keçidlər