Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Uşaq Musiqi məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.

17 mart 2016 | 16:00

 17 mart 2016-cı il tarixdə Naftalan şəhər Uşaq Musiqi məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.Tədbirdə musiqi məktəbinin direktoru Almaz Əliyeva çıxış edərək müəllim və şagird kollektivini təbrik edərək onlara xoş arzularını çatdırıb.Daha sonra çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətinə diqqət çəkib, milli adət-ənənələrin yeniyetmə və gənc nəsil tərəfindən mənimsənilməsinin önəmli olduğunu vurğulayıblar.
      Bayram tədbirində şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub,şerlər söylənilib və  milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar. Göstərilən səhnəciklər, şagirdlərin maraqlı rəqsləri və ifaları tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Keçidlər