Qaşaltı Qaraqoyunlu kənd sakinləri ilə səyyar görüş keçirildi.
2013-cü il aprel ayının 10-da Qaşaltı Qaraqoyunlu kənd sakinləri ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun növbəti səyyar görüşü keçirildi.
Görüşdə şəhər rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavini, məsul işçilər, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 55 nəfər kənd sakini iştirak edirdi.
Görüşü İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Həmçinin Dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində yardımlar verilməsində də bir çox uğurlar əldə edilmişdir.
Kənd sakinlərindən Dəmirov Namiq Məhəmməd oğlu, Nəbiyeva Səba Mürsəl qızı, Əhmədov Mürsəl Qənbər oğlu, Quliyev Mahir İsmayıl oğlu, Həmidov Camal Əlipaşa oğlu, Qarayev Seyfəddin Xamoy oğlu və başqaları çıxış edərək kənddə, yaşadıqları evlərdə və əkin sahələrində mövcud olan nöqsan və çatışmazlıqlardan söz açaraq onların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Eyni zamanda bəzi məsələlərin həlli məqsədilə kənd sakinlərinə tövsiyələr verildi.