Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Novruz şənliyi qeyd olundu.

15 mart 2016 | 16:00

15.03.2016-cı il tarixdə Naftalan şəhər Körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub. Tədbiri giriş sözü ilə Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova açaraq uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş  qonaqları bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.
     Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib.Şənliyin ən maraqlı anları isə Bahar qızın gəlişi, kosa ilə keçəlin çıxışları olmuşdur. Onlar öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara sevincli anlar yaşatmışlar.

Keçidlər