Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində sağlamlıq imkanları məhdud insanların tibbi müayinəsi diqqət mərkəzində saxlanılır.

14 mart 2016 | 16:00

   Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi böyük ruh yüksəkliyi ilə davam edir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
      Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilir. Bu  məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
      Fevralın 15-dən hal-hazıradək  4000 nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.

Keçidlər