31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirilmişdir.
31 mart 2013 | 16:00
Naftalan şəhərində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi keçirilmişdir. Tədbirdə şəhər rəhbəri ilə yanaşı, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilatlarının rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Tədbirin əvvəlində Naftalan şəhər “Xatirə kompleksi” ziyarət edilərək şəhidlərin xatirəsi yad edilmiş, əklil qoyulmuş, gül-çiçək düzülmüşdür.
Azərbaycan xalqı bu hadisələri heç vaxt unutmayacaq. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı bütün dünyaya bəyan edəcək, tanıdacaq!
Tədbirin sonunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunmuşdur.