Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.

23 fevral 2016 | 16:00

23 fevral 2016-cı il tarixdə   Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş Xocalı faciəsi anılmışdır.Əvvəlcə mərasim iştirakçıları Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin direktoru Faiq Rüstəmov şagirdlərə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat vermişdir.
   Şagirdlər Xocalıda baş vermiş vəhşilikləri xatırlayaraq onlar bu hadisənin tək Azərbaycana deyil, bütün türk dünyasına qarşı edilmiş erməni vəhşiliklərinin bariz nümunəsi olduğunu qeyd etmişlər.

Keçidlər