Naftalan şəhər İcra Hakimiyyətində qərərgah üzvlərinin iştirakı ilə iclas keçirilib.
18 fevral 2016-cı il tarixdə şəhər İcra Hakimiyyətində şəhərdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, şəhərə sərmayələrin cəlb edilməsi ilə bağlı tədbir keçirilib. Qərərgah üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyəti başçısının müavini A.Cabbarova açaraq qeyd etmişdir ki,iclasın əsas məqsədi şəhərdə sahibkarlığın daha da inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılmasına sahibkarlarımızın dəstək olmasıdır. Görüşdə bildirildi ki bu sahədə hər hansı bir problem və ya təkliflərin dinlənilməsi və araşdırılaraq köməklik göstərilməsi məqsədilə Naftalan şəhər icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və (022) 352-32-13 nömrəli “Qaynar xətt” fəaliyyətə başlamışdır. “Qaynar xətt”-ə daxil olan hər bir müraciət və təklif dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılacaqdır.Qərargah şəhərin inkişafı məqsədilə görüləcək işləri müəyyənləşdirərək, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır.Sonda qərara alındı ki, qərargahın iclasları mütamadi olaraq keçirilsin və iclaslarda görülən işlər müzakirə olunsun, qarşıya çıxan problemlərin həlli yolları axtarılsın.