2015-ci ildə Naftalan şəhərinin Sosial-iqtisadi vəziyyəti haqqında kompleks məruzə
NAFTALAN ŞƏHƏR STATİSTİKA İDARƏSİ
__________________________________________________________
2015-ci ildə Naftalan şəhərinin
Sosial–iqtisadi vəziyyəti
haqqında kompleks
M Ə R U Z Ə
Naftalan şəhəri Fevral 2016
I
Makroiqtisadi göstəricilər:
Naftalan şəhəri üzrə Ümumi məhsul buraxılışının həcmi 13329,8 min manat yəni ötən ilə nisbətən müqayisəli qiymətlərlə 92,3% təskil etmişdir. O cümlədən Sənaye məhsulun həcmi 1678,8 min manat yəni 94,9%, Tikinti-quraşdırma işlərinin həcmi 3718,4 min manat yəni 77,1%, Kənd təsərrüfatının həcmi 1980,5 min manat yəni 103,1%, Nəqliyyat və anbar təsərrüfatının həcmi 291,7 min manat yəni 102,4%, İnformasiya və rabitə xidmətlərinin həcmi 185,1 min manat yəni 93,1%, Pərakəndə əmtəə dövriyyəsinin həcmi isə 16795,3 min manat yəni 114,5% təşkil etmişdir.
Ticarət sahəsi üzrə məhsul buraxılışının həcminin hesablanması üçün istifadə edilən şərti əmsal 2015-ci ilin yanvar-dekabr ayları üçün 0,326 təşkil etmişdir.
Naftalan şəhərində əhaliyə göstərilən pullu xidmətin həcmi 13995,2 min manat yəni 104,9% olmuşdur.
2015-ci ilin yanvar-dekabr ayları üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 107,2% artaraq 305,7 manat təşkil etmişdir.
II
ƏMTƏƏ DÖVRİYYƏSİ
2015-ci ildə Naftalan şəhərində əhaliyə 16795,3 min manatlıq müxtəlif növ istehlak malları satılmışdır.
Rəsmi qeydiyyatdan keçmiş ticarət təşkilatları tərəfindən əhaliyə 16795,3 min manatlıq əmtəə satılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 103,0 % təşkil etmişdir.
2015-ci ildə iaşə xidməti 1125,9 min manat, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 100,1% iaşə xidməti göstərilmişdir.
2015-ci ildə Naftalan şəhərinin hər bir sakini tərəfindən 1696,5 manatlıq müxtəlif növ istehlak malları alınmışdır.
III
PULLU XİDMƏTLƏR
2015-ci ildə Naftalan şəhərində əhaliyə 13995,2 min manatlıq pullu xidmətlər göstərilmişdir. Pullu xidmətlər keçən ilin müvafiq dövrünə nisbətən 102,4% çox olmuşdur.
Pullu xidmətin 11977,6 min manatı xidmət müəssisələri tərəfindən, 1313,4 min manatı sənaye müəssisələri tərəfindən, 129,0 min manatı rabitə müəssisələri tərəfindən, 53,8 min manatı nəqliyyat müəssisələri tərəfindən və sair yerinə yetirilmişdir.
2015-ci ildə Naftalan şəhərinin hər bir sakininə 1413,7 manatlıq pullu xidmət göstərilmişdir.
IV
KƏND TƏSƏRRÜFATI
Naftalan şəhərində 10 iyun 2010-cu ildən başlayaraq, yəni Qaşaltı-Qaraqoyunlu və Qasımbəyli kəndlərinin Goranboy rayonunun tərkibindən Naftalan şəhərinin inzibati tərkibinə verildikdən sonra kənd təsərrüfatı sahəsi də öz təşəkkülünü tapmışdır.
Naftalan şəhəri üzrə iri buynuzlu mal-qaranın baş sayı 491 baş, o cümlədən ana mal 231 baş, qoyun-keçilərin sayı 2880 baş olmuşdur.
2015-ci ildə şəhər üzrə ət istehsalı 4477,0 sentner, süd istehsalı 3054,0 sentner, yumurta istehsalı isə 91 min ədəd olmuşdur.
Ümumiyyətlə şəhərdə 2015-ci ildə kənd təsərrüfatı üzrə istehsalın həcmi 1980,5 min manat olmuşdur. O cümlədən bitkiçilik üzrə 465,9 min manat, heyvandarlıq üzrə isə 1514,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
V
SƏNAYE
2015-ci ildə Naftalan şəhərində 5 sənaye müəssisəsi və sənaye fəaliyyəti göstərən 4 fərdi sahibkar fəaliyyət göstərmişdir.
Müəssisələr və fiziki şəxslər tərəfindən istehsal və xidmətlərin həcmi 1678,8 min manat olmuşdur.
Məhsul istehsalı və xidmətlərin göstərilməsi səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,9% olmuşdur.
Ümumi istehsalın 97,5%-i dövlət müəssisələri tərəfindən, 2.5%-i isə fərdi sahibkarlar tərəfindən istehsal olmuşdur.
Sənaye istehsalının 96,2%-i xidmətin, 3,8%-i isə istehsalın payına düşür.
Sənaye müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmi 1313,4 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 99,9 % olmuşdur.
2015-ci ildə sənaye sahəsində çalışanların sayı 248 nəfər, bir nəfərə orta aylıq əmək haqqı isə 253,1 manat təşkil etmişdir.
VI
DEMOQRAFİK VƏZİYYƏT
01 yanvar 2016-cı ilə Naftalan şəhərinin əhalisi 9,9 min nəfər olmuşdur. Ötən il ərzində əhalinin sayı 149 nəfər və yaxud 1,5% artmışdır.
Bu dövr ərzində 143 nəfər doğulan, 51 nəfər ölən qeydə alınmışdır.
Ötən ilin müvafiq dövrünə nisbətən doğulanların sayı 24 nəfər azalmış, ölənlərin sayı isə 3 nəfər artmışdır.
Bu dövr ərzində 65 nigah bağlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 nigah azdır.
2015-ci il ərzində 27 boşanma qeydə alınmışdır ki, bu da ötən ilə nisbətdə 10 boşanma çoxdur.
Təhlil olunan dövr ərzində əhalinin hər 1000 nəfərinə orta hesabla doğulanların sayı 14,5 nəfər təşkil etmişdir.
Daxili işlər Nazirliyinin məlumatlarına əsasən 2015-ci il ərzində şəhərə 93 nəfər gələn, 36 nəfər gedən qeydə alınmışdır.
VII
RABİTƏ
2015-ci ildə Naftalan şəhərində rabitə müəssisələri tərəfindən (ƏDV-siz) 185,1 min manatlıq müxtəlif növ rabitə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 93,1%-ni təşkil etmişdir.
Rabitə xidmətinin 129,0 min manatı (ƏDV-ilə birgə) yəni 69,7%-i əhaliyə göstərilmiş xidmətdir.
VIII
NƏQLİYYAT VƏ ANBAR
2015-ci ildə Naftalan şəhəri üzrə Nəqliyyat və Anbar təsərrüfatları tərəfindən əhaliyə 291,7 min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünün 102,4%-dir.
Göstərilmiş xidmətin 17,6%-i dövlət, 82,4%-i isə qeyri-dövlət sektoru hesabınadır.
Yanvar - Dekabr aylarında şəhərdə avtobuslarla 1448 min nəfər sərnişin daşınmışdır, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 106,5% təşkil etmişdir.
Təhlil olunan dövr ərzində avtomobil nəqliyyatı ilə 54 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,9% təşkil etmişdir.
IX
ƏMƏK BAZARI
2015-ci ildə Naftalan şəhərində 5624 nəfər iqtisadi fəal əhali mövcuddur. Bundan 2128 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində idarə, müəssisə və təşkilatlarda muzdla işləyən işçilərdir.
2015-ci ildə 6 nəfərə işsiz statusu verilib.
Naftalan şəhərində muzdla çalışan işçilərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 107,2% artaraq 305,7 manat təşkil etmişdir.
Bu dövr ərzində Naftalan şəhərində muzdla çalışan işçilərin 26,6%-i Səhiyyə və sosial xidmətlər sahəsi, 18,1%-i Topdan və pərakəndə satış sahəsi, 15,6%-i isə Təhsil sahəsi üzrə təşkil etmişdir.
Təhlil olunan dövr ərzində ən yüksək orta aylıq əmək haqqı Maliyyə və Siğorta sahəsində (827,4 man), Elektrik, Qaz və Buxar sahəsində (487,7 man), Səhiyyə və Sosial xidmətlərdə (465,6 man) qeydə alınmışdır.
2015-ci ildə ən aşağı orta aylıq əmək haqqı Su təchizatı və tullantıların təmizlənməsi sahəsində (168,7 man), Nəqliyyat və anbar təsərrüfatında (190,6 man), Yaşayışın təşkili və ictimai iaşə (195,5 man) sahəsində olmuşdur.
X
ƏSASLI TİKİNTİ
Tikinti təşkilatları 2015-ci ildə öz gücləri hesabına 811,4 min manatlıq tikinti quraşdırma işləri görmüşdür.
Bu il ərzində əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 3746,3 min manat olmuşdur ki, bu da ötən ilə nisbətdə 77,1 % təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş investisiyaların 99,3%-i yəni 3718,4 min manatı tikinti quraşdırma işlərinə yönəldilib.
XI
YENİ AÇILMIŞ İŞ YERLƏRİ
2015-ci ildə Naftalan şəhərində ümumilikdə 62-si daimi olmaqla 89 yeni iş yeri açılmışdır. Onlardan 27-si Müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq işləri və sayrə üzrə və 62-si fiziki şəxslər üzrə olmuşdur.