Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsinə start verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın ayının 15-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Naftalanda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmış, o cümlədən şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır.
Müayinənin ilk günündə qrafikə uyğun olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədə iştirak edib. O cümlədən xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. İlk gündə 212 nəfər sakin tibbi müayinədən keçib.
Əhalinin tibbi müayinəsi may ayının 2-nə dək davam edəcəkdir.