Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyətində qərərgah yaradıldı

12 fevral 2016 | 16:00

Naftalan şəhərində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, şəhərə sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Naftalan şəhər İcra Hakimiyyətində qərərgah yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədi ilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə İcra Hakimiyyətində 8 nəfərdən ibarət xüsusi qərərgah yaradılıb.
Qərərgaha nəzarət şəhər İcra Hakimiyyəti başçısının müavini A.Cabbarovaya tapşırılıb.
Qərərgahda qaynar xətt xidməti təşkil olunmuşdur.
İş:      (022) 352-32-13
Mob:  055-755-14-85             055-538-03-58

Keçidlər