Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarımız Goranboyda keçirilən cüdo üzrə açıq turnirdə uğurla çıxış etdilər.

08 fevral 2016 | 16:00

 06-07 fevral 2016-cı il tarixlərdə Goranboy rayon Qızılhacılı qəsəbəsində Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirildi. Birincilikdə 7 şəhər və rayondan 17 komanda, 220 idmançı iştirak etdi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov çıxış edərək Mübariz İbrahimovun həyat yolundan geniş danışdı, idmançılara uğurlar arzu etdi. Qəhrəmanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarışın sonunda müxtəlif çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar idarənin fəxri fərman və medalları ilə təltif edildilər.

Keçidlər