Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ümumşəhər iməcliyi keçirilib

06 fevral 2016 | 16:00

Naftalanda ümumşəhər iməcliyi keçirilib. Naftalan şəhər İcra Hakimiyyətinin və şəhər Bələdiyyəsinin təşəbbüsü ilə keçirilən iməcliyə şəhərdə fəaliyyət göstərən idarə,müəssisə və təşkilatların kollektivi cəlb olunub. İməclikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Qələbə parkına 250-dən artıq eldar şamı əkilib.
      Gələcəkdə də kurort şəhəri olan Naftalanın kurort iqlimini qorumaq üçün şəhərin parklarında  ağac əkini davam etdiriləcəkdir.

Keçidlər