Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 29.01.2016-cı il tarixdə Naftalan şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçirildi.Qəbuldan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Qəbul zamanı hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.