Naftalanda süni qiymət artımı ilə bağlı reydlər davam etdirilir.
21.01.2016-cı il tarixdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması məqsədilə yaradılmış komissiyanın tərkibindəki Naftalan şəhər İcra Hakimiyyətinin, şəhər Polis Şöbəsinin, rayon Prokurorluğunun, Ərazi Vergi Departamentinin və şəhər Bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə Naftalan şəhərindəki mövcud ticarət obyektlərində,pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reydlərin keçirilməsi davam etdirilmişdir.
Komissiya üzvləri tərəfindən sahibkarlara,həmçinin satış üzrə digər məsul şəxslərə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına,sui istifadə hallarına yol verilməməsi ilə bağlı marifləndirici izahat işləri aparılaraq bu sahədə sahibkar olaraq onların məsuliyyət daşıdıqları bildirildi.Naftalan şəhərində bu sahədə mütamadi olaraq reydlərin keçirilməsi davam etdiriləcəkdir.