Şriftin ölçüsü :

Saytın rəngi :

İtaliyanın Pozitano şəhəri ilə Naftalan şəhəri arasında “Əməkdaşlıq protokolu” imzalanmışdır.

21 mart 2013 | 16:00

20 mart 2013-cü il tarixdə Naftalan şəhəri ilə İtaliya Respublikasının Pozitano şəhəri arasındakı əməkdaşlıq imkanlarının müzakirə edilməsi və əməkdaşlıq protokolunun imzalanması məqsədilə İtaliyanın Pozitano şəhərinin meri Mikele De Luça,  Merin müşavirləri Cuseppe De Roza, Rafaele Cazola və Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin birinci katibi Vüqar Hacıyev Naftalan şəhərində səfərdə olmuşlar.  Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini, sonra isə şəhidlərin adına ucaldılmış Xatirə kompleksini  ziyarət edərək önünə gül dəstəsi qoymuş və Heydər Əliyev Mərkəzində olmuşlar.
     Daha sonra şəhər İcra Hakimiyyətinin inzibati binasının iclas zalında Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və Pozitano şəhərinin Meri Mikele De Luça iki  ölkə arasında olan mədəni əməkdaşlığın perspektivlərindən  danışıblar. Ölkələrimiz arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran Natiq Aslanov bildirmişdir ki, hazırda əlaqələrimiz ölkə rəhbərinin dəstəyi sayəsində genişlənir. Görüş zamanı şəhərlər arasında mədəniyyət və turizm sahələrində müxtəlif əməkdaşlıq təşəbbüslərinə bağlı fikir mübadilələri aparılmış və “Əməkdaşlıq protokolu” imzalanmışdır. İmzalanan protokola əsasən, gələcəkdə hər iki şəhər iqtisadi, mədəni və turizm  sahəsində əməkdaşlıq edəcəklər. Nümayəndə heyəti səfər çərçivəsində şəhərin iqtisadi və turizm potensialını əks etdirən obyektlərlə də tanış olmuşlar.
     Nümayəndə heyəti 21 mart 2013-cü il tarixdə Bakı şəhərinə yola düşmüşlər.
.

Keçidlər