Naftalan şəhərində süni qiymət artımı ilə bağlı növbəti reyd keçirilib.
18.01.2016-cı il tarixdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması məqsədilə yaradılmış komissiyanın üzvlərinin iştirakı ilə Naftalan şəhərindəki mövcud ticarət obyektlərində,pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda növbəti reyd keçirilib.
Keçirilən reydlər zamanı komissiya üzvləri tərəfindən sahibkarlara,həmçinin satış üzrə digər məsul şəxslərə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına,sui istifadə hallarına yol verilməməsi ilə bağlı bir daha marifləndirici söhbətlər aparıldı.Keçirilən reydlərdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyi müəyyənləşdirildi.
Naftalan şəhərində süni qiymət artımı ilə bağlı reydlərin keçirilməsi davam etdiriləcəkdir.