20 yanvar faciəsinin iyirmi altıncı ildönümü şəhər 2 nömrəli tam orta məktəbdə qeyd olundu.
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri keçirilir. 18 yanvar 2016-cı il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş “20 yanvar şərəf və qürur günümüzdür” mövzusunda dəyirmi masa keçirilib. İlk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq bildirmişdir ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaqdır.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında ətraflı danışmışlar.