Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

15 yanvar 2016 | 16:00

15.01.2016-ci il tarixdə  Naftalan şəhər Körpələr evi-uşaq bağçasında  20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirilib.İlk olaraq  şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Təbirdə bağçanın müdiri Kəmalə Hüseynova və bağçanın metodisti Elnarə Muradova çıxış edərək qeyd ediblər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Bu faciə təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır və illər keçsə də, 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyi daha da inkişaf edəcək.   
      Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər  zaman ehtiramla yad olunacaqdır.
    Tədbirdə  uşaqların  ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər  söylənildi.

 

Keçidlər