Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri keçirilir.

12 yanvar 2016 | 16:00

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 15 dekabr 2015-ci il tarixli 96 nömrəli Sərəncamı ilə təsdiq olunmuş  “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncam imzalanıb və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən şəhərin idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
      O cümlədən, 12.01.2016-cı il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş  “Qanlı Yanvar” mövzusunda dəyirmi masa keçirilmişdir.  Tədbiri giriş sözü ilə İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru  Faiq Rüstəmov açaraq bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
    Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzi,xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsidir. 

Keçidlər