Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalana gələn turistlərin sayı hər il artır

08 yanvar 2016 | 16:00

Son illər nadir müalicəvi xassəli naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Ölkə başçısının tapşırığına uyğun Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar, bu şəhərin nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Beynəlxalq  səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilmişdir. Təbii ki, müalicə və istirahət üçün də bütün imkanlar var.   
     Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr dekabr ayında  Naftalanda 1300 nəfər turist olub. Hətta bayram günlərində  qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil olunur.    
    2015-ci il şəhərdə turizm sektoru üçün çox uğurlu olub. Bu dövrdə şəhərə gələn xarici və yerli turistlərin sayı 16 min nəfəri ötüb, yəni son 5 illə müqayisədə  6 dəfə artıb.
Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunub. Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan,  Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 3000 nəfər xarici turist gəlib.   
    Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Keçidlər