Naftalanda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və “Yeni ilin gəlişi qeyd edilib.
28 12.2015-ci il tarixdə Naftalan şəhəri Heydər Əliyev parkında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təntənəli ümumşəhər bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü il açan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə çevrilib. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bir çox ölkələrində azərbaycanlılar tərəfindən qürurla qeyd olunur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan xalqımız bu günü iki bayram kimi sevinclə, iftixar hissi ilə qeyd edir. Bunlardan biri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü, digəri isə Yeni il bayramıdır. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı bayram münasibətilə şəhər sakinlərini səmimi qəlbdən təbrik edib, yola salmağa hazırlaşdığımız 2015-ci ilin uğurlarını qeyd edərək bildirib ki, qarşıdan gələn 2016-cı ildə də ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Tədbir Naftalan şəhər Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirilib. Tədbirin sonunda şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.