Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ümummilli liderin anım günü qeyd olundu.

11 dekabr 2015 | 16:00

11 dekabr 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilib. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
      Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev tədbiri sonra giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar  bir daha xatırlanıb.
      Daha sonra  şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək vurğulayıb ki,  indi ulu öndərin vəfatından 12 il ötsə də Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider  kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Ulu öndər Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Eyni zamanda diqqətə çatdırıb ki, ulu öndərin uğurlu siyasətini qətiyyətlə davam etdirən Prezident cənab İlham Əliyevin səyi hesabına Azərbaycan regionda ən qüdrətli ölkəyə çevrilib.
       Tədbir  məktəblilərin ifasında “Əbədiyaşar ulu öndər” adlı kompozisiya ilə davam etmişdir.

Keçidlər