Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir Azərbaycanın memarı” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

10 dekabr 2015 | 16:00

Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə şəhərin tam orta məktəblərinin   IX-XI sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müasir Azərbaycanın memarı” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Məktəblilərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılıb.
       Müsabiqəyə inşa yazı təqdim edənlər arasında 2 nəfər 1-ci, 3 nəfər 2-ci, 2 nəfər 3-cü yerə layiq görülüblər. Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat  və müxtəlif qiymərli hədiyyələr verilib.

Keçidlər