Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Respublika Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşı tərəfindən müşavirə keçirilib.

09 dekabr 2015 | 16:00

 

09.12.2015-ci il tarixdə Naftalan şəhərində üçvalentli OPV-nin (TOPV) bivalent OPV ilə (BOPV) əvəz edilməsi mövzusunda müşavirə keçirilib. Respublika Gigiyena Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Rəna Yusifinin iştirakı ilə keçirilən müşavirədə şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi, şəhər xəstəxanasının baş həkimi və həkim pediatrları, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və tibb bacıları iştirak ediblər.Tədbirdə  Respublika Gigiyena Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Rəna Yusifi çıxış edərək qeyd etmişdirki, poliomielitin ləğv edilməsinin başa çatdırılma mərhələsinin 2013-2018-ci il strateji planı hazırlanmışdır.Bu plan 2013-cü ilin yanvar ayında ÜST-ün icra komitəsi tərəfindən qəbul olunub. Bu plana əsasən bütün oral poliomielit vaksinləri (OPV) mərhələ mərhələ dövriyyədən çıxarılacaqdır. Bu isə vaksinlə assosiasiya olunmuş paralitik poliomielitin (VAPP) və vaksin virusundan törənən poliovirusun (VVTP) yaranma riskini ləğv edəcək. Həmçinin qeyd etmişdir ki, son mərhələnin planı uzunmüddətli perspektivdə bütün OPV-in dövriyyədən çıxarılmasını təşkil edir. Bu 3-valentli OPV-nin bivalentli OPV-yə keçidi ilə yəni 3 valentli OPV-nin tərkibindən 2-ci tip virus komponenti çıxarmaqla başlayır. Vəhsi poliovirusların tam ləğvindən sonra bütün OPV-lər dövriyyədən çıxarılacaqdır.
      Həmçinin müşavirədə üçvalentli OPV-nin (TOPV) 17 aprel 2016-cı il tarixdə istifadədən çıxarılması və onun bivalent OPV ilə (BOPV) əvəz edilməsi planının həyata keçirilməsi üçün xususi komissiya yaradıldı.

Keçidlər