Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş açıq dərslər davam etdirilir.
08 dekabr 2015-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinə "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzusunda növbəti açıq dərs tədris olunmuşdur.
Şagirdlər öncə Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən material və fotoşəkillərlə tanış olmuşlar.
Daha sonra şəhər tam orta məktəblərinin tarix müəllimləri tərəfindən dərsə başlanılmış və şagirdlərə Ulu Öndərin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, ölkəmizdə özəlləşmənin həyata keçirilməsi, sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması, dahi rəhbərin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə milli neft strategiyasının əsasının qoyulması və digər məsələlər barədə əsaslandırılmış məlumat verilmişdir. Məruzələr şagirdllər tərəfindən maraqla qarşılanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.