Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

20 noyabr 2015 | 16:00

20 noyabr 2015-ci il tarixdə   Naftalan şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının 23-cü ildönümü ilə əlaqədar  tədbir keçirilib. Tədbir öncəsi Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsi önünüə gül-çiçək dəstəsi qoyulub və əziz xatirəsi yad edilib.
       Heydər Əliyev Mərkəzində davam etdirilən təbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək Partiyanın keçdiyi tarixi yoldan danışıb. O, bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiya çox çətin və şərəfli yol keçib. YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bu gün  onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev uğurla davam etdirir.
      Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri H.Qocayev geniş məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və keşməkeşli tarixindən danışıb.
       Tədbirdə YAP Naftalan şəhər təşkilatı Qadınlar Şurasının sədri Afət Cabbarova və YAP Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış edərək qeyd ediblər ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, bir-birini əvəz edən səriştəsiz, bacarıqsız siyasi quruplaşmalar xalqın düşdüyü bu ağır vəziyyətdən çıxarmaq əvəzinə get-gedə daha təhlükəli həddə gətirib çıxartmışdı. Azərbaycanı anarxiya vəziyyəti bürümüşdü. Bu vəziyyətdən çıxmaq üçün xalqın güclü liderə və həmin liderin rəhbərlik edəcəyi güclü siyasi təşkilata böyük ehtiyacı vardı. Zamanın tələbinə görə Respublikamızın görkəmli ziyalıları tarixin sınaqlarından uğurla keçmiş Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək YAP-ın yaradılmasını qərara aldılar və yaratdılar.
      Sonra Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının ictimai-siyası fəaliyyətində aktiv iştirakına görə partiyanın bir neçə üzvü diplomla təltif olunub. Sonda Partiyanın şəhər təşkilatının sədri H.Qocayev bir daha bütün YAP üzvülərini  Yeni Azərbaycan Partiyasının 23-cü il dönümü münasibəti ilə təbrik edib.

Keçidlər