Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ildən Naftalan da öz büdcəsini yerli gəlirlər hesabına təmin edən şəhər sırasına daxil olacaq.

19 noyabr 2015 | 16:00

Bu ilin yanvar-oktyabr ayları ərzində vergi daxilolmaları respublikanın bütün rayonları üzrə 100 faiz həcmində yerinə yetirilib.
    AZƏRTAC xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini Natiq Əmirov 2015-ci ilin 10 ayı ərzində nazirliyin fəaliyyəti barədə məlumatında bildirib. O, qeyd edib ki, cari ildən Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron, İmişli kimi şəhər və rayonlar öz büdcələrini tamamilə yerli gəlirlər hesabına təmin edirlər. Bu isə regionlarda qeyri-neft sektorunun inkişafı, vergi potensialının genişləndirilməsi və daxili gəlirlərin artması hesabına baş verib.
     Məlumat verilib ki, 2016-cı ildən isə Naftalan da öz büdcəsini yerli gəlirlər hesabına təmin edən şəhər sırasına daxil olacaq.

Bakı, 19 noyabr, AZƏRTAC
 

Keçidlər