Şriftin ölçüsü :

Saytın rəngi :

Litva bələdiyyələrinin nümayəndələri Naftalanda olub.

18 noyabr 2015 | 16:00

18 noyabr  2015-ci il Litva Respublikasından Trakay Bələdiyyəsinin sədri Edita Rudeline, Birştonas Bələdiyyəsinin sədri Niyole Dirginçene tanışlıq məqsədilə  Naftalan şəhərinə səfər ediblər. Qonaqlar şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzləri  və burada naftalan vannaları və naftalanla həyata keçirilən digər müalicə prosedurları ilə  tanış olublar.
     Qonaqlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə, təqdirəlayiq olduğunu bildirmiş və xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulamışlar. Eyni zamanda qonaqlar xüsusilə turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edərək  gələcəkdə Naftalanla. əməkdaşlıq etmək arzusunda olduqlarını vurğulayıblar.

Keçidlər