Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında fənn müsabiqələri keçirilib.

13 noyabr 2015 | 16:00

Şagirdlər arasında fənlərə olan marağın artırılması və istedadlı şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması üçün fənn müsabiqələrinin rolu böyükdür. 13 noyabr 2015-ci il  tarixdə  Naftalan şəhər İ.Nəsimi  adına  1 nömrəli tam orta məktəbdə şəhərin tam orta məktəblərindən 72 şagird müxtəlif fənlər üzrə fənn müsabiqəsində iştirak ediblər. Fənn müsabiqəsinə nəzarətçi ümumtəhsil məktəblərindən qeyri-ixtisas fənn müəllimləri seçilib.
   Fənn müsabiqəsi VII sinifdə riyaziyyat, VIII sinifdə kimya, biologiya, fizika fənlərindən keçirilib. Fənn müsabiqələrində hər bir fəndən şagirdlərə 90 dəqiqə vaxt verilib. Fənn müsabiqəsi üç mərhələdən ibarətdir.
   Nəticələrə görə seçilən şagirdlər yekunda şəhərimizi təmsil edərək ümumrespublika fənn müsabiqələrində iştirak edəcəklər. 

 

Keçidlər