Naftalanda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.
Güclü leysan yağışları və Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları Naftalan şəhərinin və ona bitişik Qasımbəyli kəndinin infrastrukturuna, vətəndaşların həyətyanı və yaşıllıq sahələrinə ciddi ziyan vururdu. Artıq Qaşaltı Qaraqoyunlu kəndində, su tutumu 750-800 min kubmetr olan süni göldə dövlət əsaslı vəsaiti qoyuluşu hesabına əsaslı şəkildə yenidənqurma və tamamlanma işləri aparılır.
Bu məqsədlə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov göldə aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuş və iş icraçılarına öz tapşırıq və tövsiyələrini vermişdir. Odur ki, aparılan yenidənqurma işləri tamamlandıqdan sonra Naftalan şəhəri və ona bitişik Qasımbəyli kəndi üçün sel sularının təhlükəsi tamamilə aradan qaldırılacaqdır