Naftalanda “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Naftalan şəhərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümü ilə əlaqədar "Uşaq hüquqları aylığı"na həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu məqsədlə 20 oktyabr tarixindən şəhər İcra Hakimiyyəti və şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin hər üç tam orta məktəbində maarifləndirici tədbirlər keçirilir.Tədbirlərdə iştirakçılara şəhər Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə profilaktiki işin təşkili qrupunun inspektoru Vasif Quliyev tərəfindən BMT-nin "Uşaq Hüquqları Bəyannaməsi" və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı ətraflı məlumat verilib. Tarix müəllimləri çıxış edərək Uşaq Hüquqları Konvensiyasının maddələri haqqında geniş məruzə etmiş, bütün hüquqların 4 geniş kateqoriyaya - inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqlarına bölündüyünü məktəblilərin diqqətinə çatdırmış, qanunun yerinə yetirilməsi sahəsində onların üzərinə düşən vəzifələri izah olunmuşdur. Diskusiya şəklində keçirilən tədbirlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.