Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

12 noyabr 2015 | 16:00

  12 noyabr 2015-ci il tarixdə “Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Naftalan  şəhər İcra Hakimiyyətinin başçısının müavini Afət Cabbarova, şəhər Məşğulluq Mərkəzinin nümayəndələri, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri iştirak ediblər.  Tədbirdə sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən  vətəndaşların  problemlərindən danışılıb. Eləcə də həmin vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələr və problemlər haqqında geniş məlumat verilmiş və onların mərkəzdə qeydiyyata alınmasının vacibliyini vurğulanmışdır. Güzəştli (kvota) iş yerlərinin müəyyən edilməsi və müəssisə, təşkilat rəhbəri ilə razılaşdırılması, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Keçidlər