Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdaxili yollarda aparılan asfaltlaşma işlərinin gedişi ilə tanış olub.
Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da yol infrastrukturunun yenilənməsi üzrə tədbirlər genişlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan kurort şəhərinin inkişafı ilə əlaqədar verdiyi tapşırıqlar əsasında şəhərdə bütün infrasruktur tamamilə təkmilləşib. Naftalan gündən-günə abadlaşır, gözəlləşir. Yollara asfalt örtüyünün salınması məqsədilə ilk olaraq yeni yol daşları düzülüb.
Şəhərdə yeni asfalt örtüyünün tikintisi işləri davam etdirilir. Bununla əlaqədar şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərdaxili yollarda aparılan asfaltlaşma işlərinin gedişi ilə tanış olmuş, iş icraçılarına öz tapşırıq və tövsiyələrini vermişdir.Hazırda şəhərin beş küçəsində, ümumilikdə 16,5 km uzunluğunda şəhərdaxili yollara asfalt çəkilib.