Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinə infotur keçirilib.

09 noyabr 2015 | 16:00

   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur keçirilib.
      İnfoturun məqsədi Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdir. İnfoturda yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak edib.
      Tədbir iştirakçıları "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış olublar. Burada Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib.
      Tədbir çərçivəsində media nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirilib. Jurnalistlər Naftalan şəhəri, Naftalan nefti ilə müalicə haqda məlumatlandırılıblar. Sonda press-turda aktiv iştirakına görə, media nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
      Qeyd edək ki, Naftalan şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlə¬rlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətarfındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.

Keçidlər