Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

24 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanmış, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası ilə əlaqədar mühim işlər görülmüş və bu gün də davam etdilrir.
      Şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində artıq uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə  aparılan əsaslı təmir işləri tam başa çatdırılıb, şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenisi il əvəz edilib. Hazırda şəhərin  çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə bərpa və abadlıq işləri davam etdirlir.
      Şəhərdaxili yollara yeni bardürlər düzülüb, piyada yolları salınıb. Şəhərin ərazisində köhnə elektrik dirəkləri və şəhərin memarlıq üslubuna xələl gətirən istismara yararsız tikililər sökülüb götürülür. Həmin ərazilər təmizlənir, yerində  sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti üçün istirahət parkları salınır. Yeni salınan parklarda besetkalar, basketbol, tennis və uşaq-oyun meydançaları da quraşdırılır. Həmçinin  binaların ətrafında yeni yaşıllıqların salınması üçün əraziyə münbit torpaq daşınır və yayılır.  Binaların həyətlərində  400-dən artıq çinar ağacı əkilib.
     Hazırda şəhərin bir hissəsində yolların asfaltlanması işləri aparılır. 
     23 oktyabr 2015-ci il tarxidə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti dəfə  çoxmənzilli yaşayış binalarının həyətində, küçələrdə, o cümlədən yeni salınan istirahət parklarında aparılan yenidənqurma və abadlıq gedişinə baxış keçirmiş, iş icraçılarına və digər xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər