Naftalanda növbəti səyyar görüş keçirilib.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 21 oktyabr 2015-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 24,25,26,28,29 və 32 nömrəli çoxmənzilli yaşayış binalarını əhatə edən ərazidə keçirib. Görüşdə şəhərin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, sahə icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak edib.
Görüş zamanı şəhər rəhbəri müraciət edən sakinləri dinləyib, sakinlər şəhərdə onlar üçün yaradılan rahat şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş edib.
Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə yerində həll edilmiş, bəzi məsələlərin isə həll edilməsi üçün müvafiq tapşırıqlar verilmiş və nəzarətə götürülmüşdür.