Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Naftalanda olub.
16 oktyabr 2015 | 15:00
16 oktyabr 2015-ci il tarixdə Kolumbiya və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Assad Xose Xater Pena və onun həyat yoldaşı Xanım Sara Sierra Caballero Naftalan şəhərinə səfər ediblər. Qonaqlar şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzləri və burada naftalan vannaları və naftalanla həyata keçirilən digər müalicə prosedurları ilə tanış olublar. Qonaqlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə, təqdirəlayiq olduğunu bildirmiş və xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulamışlar.