Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə Müstəqillik günü qeyd edildi.

16 oktyabr 2015 | 15:00

16 oktyabr 2015-ci il tarixdə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə şəhər İcra hakimiyyətinin məsul işçilərinin,  şəhər Təhsil şöbəsinin nümayəndələrinin və şəhərin ümumtəhsil məktəblərinin pedoqoji kollektivinin  iştirakı ilə Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə 24 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açılmışdır. Çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident cənab İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi sahəsində görülən işlərdən danışıblar.

Keçidlər