Naftalanda fiziki qüsurlu şəxslər üçün şəraitin yaxşılaşdırılması məqsədilə tədbir keçirilib.
16.10.2015-ci il tarixdə Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məşəl“ əlil və şəhid ailələrinə sosial dəstək ictimai birliyi “Regionlarda fiziki qüsurlu şəxslər üçün şəraitin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması və onların cəmiyyətə adaptasiyasına dəstək“ adlı layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirdə şəhid ailələri, Qarabağ əlilləri və Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Tədbir zamanı iştirakçılara layihə haqqında geniş məlumat verilib. Eyni zamanda layihənin məqsədindən danışılıb. Bildirilib ki, layihənin məqsədi fiziki qüsurlu insanların sərbəst və maneəsiz hərəkəti üçün şəraitin yaradılmasından ibarətdir.