Naftalanda Beynəlxalq Ahıllar Günü qeyd olunub.
“1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Naftalan şəhər İcra Hakimiyyəti və Respublika Qızıl Aypara Cəmiyyətinin Goranboy-Naftalan bölməsinin təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri və ahıl şəxslər iştirak edib.Tədbirdə əvvəlcə beynəlxalq ahıllar gününün yaranma tarixi barədə məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Qətnaməyə uyğun olaraq hər il oktyabr ayının biri Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Ahılların kövrək olduğunu, daima diqqətə, qayğıya ehtiyac duyduğunu deyən natiqlər ölıkəmizin hər yerində olduğu kimi Naftalanda da buna həssaslıqla yanaşıldığını, diqqətdə saxlanılıdığını bildiriblər. Tədbirin sonunda Respublika Qızıl Aypara Cəmiyyətinin Goranboy-Naftalan bölməsi tərəfindən ahıllara maddi yardım verilib.