Cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilib.
27 sentyabr 2015 | 15:00
26-27 sentyabr 2015-ci il tarixlərdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilib. İstedadlı idmançıların aşkar olunması, cüdo idman növünün inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş yarış Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirildi. Yarışda Naftalan və Gəncə şəhərlərindən, Şəmkir və Goranboy rayonlarından ümumilikdə yeddi komanda iştirak edib.
Qarşılıqlı dostluq və yoldaşlıq şəraitində keçən yarışda qaliblər Naftalan şəhər Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.