Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda növbəti səyyar görüş keçirilib

23 sentyabr 2015 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 23 sentyabr 2015-ci il  tarixdə   Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü  21, 22, 23, 27, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Görüşdə şəhərin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, sahə icra nümayəndəsi, bələdiyyə sədri  və  sakinlər iştirak edib.
     Görüş zamanı şəhər rəhbəri müraciət edən sakinləri dinləyib, sakinlər şəhərdə onlar üçün yaradılan rahat şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
     Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə yerində həll edilmiş, bəzi məsələlərin isə həll edilməsi üçün müvafiq tapşırıqlar verilmiş və nəzarətə götürülmüşdür.
      Eyni zamanda şəhər İcra Hakimiyyətinin başçısı çoxmənzilli yaşayış binalarının həyətində, küçələrdə aparılan yenidənqurma və abadlıq işlərinə, sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınan mini istirahət parklarına baxış keçirmiş və iş icraçılarına müəyyən tapşırıqlar vermişdir.

Keçidlər