Məktəblərdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbirlər keçirilib.
Naftalan şəhər Polis şöbəsinin təşkilatçılığı və təşəbbüsü ilə şəhərin tam orta məktəblərində muəllim-şagird kollektivinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” ,“ağ ölümün” törətdiyi fəsadlar, “narkotik vasitələrə aludəçiliyin acı nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyətinin məsul işçiləri və məktəb direktorları iştirak edib.
Naftalan şəhər Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Mehralıyev çıxış edərək bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis polkovnik-leytenantı diqqətə çatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır.
Naftalan şəhər İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva ölkəmizdə huquq-muhafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mubarizənin əhəmiyyətindən danışıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Vasif Quliyev qed etmişdir ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Daha sonra məktəb direktorları yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyuk əhəmiyyət kəsb etdiyini vurğulayaraq ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.