Naftalan şəhərində “Bilik Günü” qeyd edildi.
15 sentyabr 2015-ci il tarixdə şəhərin tam orta məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktorları müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Sonra Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova və Şəhər İcra Hakimiyyətinində ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi Afət Mustafayeva şagirdləri qazandıqları nailiyyətlərə görə və qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar.Həmçinin ,Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhər Səməd Vurğun adına 2 nomrəli tam orta məktəbin məzunu, 2015-2016-cı tədris ilində ali məktəbə daxil olmuş Cəmilə Rzayevanın Prezident təqaüdünə layiq görülməsi məktəbdə xususi sevincə səbəb olmuşdur.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. İlk dərs “Bakı 2015 “Avropa Oyunları mövzusuna həsr olunub.Naftalan şəhəri üzrə yeni tədris ilində I sinifə qəbul olan uşaqların sayı 140-olub.
Həmçinin Səməd Vurğun adına 2 nomrəli tam orta məktəbin akt zalında “Bilik günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda geniş tədbir keçirildi. Naftalan Şəhər İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi Afət Mustafayeva iştirakçıları “Bilik günü” münasibətilə təbrik etdərək, “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda geniş və əhatəli çıxış etdi. O, qeyd etdi ki, mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Əyani sübutdur ki, dinamik inkişaf edən Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların mədəniyyətləri bu gün harmonik inkişaf yolundadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Naftalan şəhəri üzrə nümayəndəsi, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova Bilik Fondunun fəaliyyətindən və Naftalan ictimaiyyəti ilə uğurlu əməkdaşlığından danışaraq Fondun “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmaq arzusunda olduqlarını bildirdi və qeyd etdi ki, Azərbaycanın multikulturalizmin əsas ünvanlarından biri olduğunu nəzərə alaraq, respublikamızda başqa xalqların nümayyəndələrinin təhsil aldıqları hər hansı bir məktəblə əməkaşlıq etmək daha maraqlı və perspektivli olardı.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllüsü, V.V.Namazov adına Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova çıxış edərək vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşdirilməsinə xüsusi diqqət ayırması ölkəmizdə bir çox lahiyələrin reallaşmasına təkan vermişdir. Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirdiyi tədbirlər belə lahiyələrdəndir.
Eyni zamanda, bu cür rəngarəng tədbirlər gənçlərin bilik fəaliyyətinin yüksəldilməsinə, dünyagörüşünün formalaşmasına, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasına yönələn müham vasitədir. Bu layihələr uşaqların təlim-tərbiyəsində əsas amillərdən biri olan canlı ünsiyyətin formalaşması üçün “Qardaşlaşmış bağçalar” layihəsinin həyata keçirilməsinə zəmin yaratmış olur. Bu isə müasir cəmiyyətdə ən arzu olunandır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə məktəblilər və müəllimlərlə yanaşı, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.