Naftalanda İqtisadiyyat və Sənaye Nazilriyinin əməkdaşları tərəfindən dəyirmi masa keçirilib.
11 sentyabr 2015-ci ildə Naftalan şəhərində “Marketinq və Menecment”, “Naftalan şəhərində kurortların inkişaf perspektivləri” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naftalan şəhər icra hakimiyyəti başçısının müavini Afət Cabbarova açıb. Sonra BBTM Gəncə nümayəndəliyinin rəhbəri Rövşən Novruzov seminar və keçirilən mövzular barədə geniş məlumat verib.
“Naftalan şəhərində kurortların inkişaf perspektivləri” mövzusu üzrə Naftalan şəhər icra hakimiyyəti başçısının müavini çıxış edib. “Marketinq və Menecment” mövzusu üzrə BBTM Qazax nümayəndəliyinin rəhbəri Natiq Qocayev məlumat vermişdir.
Tədbir iştirakçıları həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılmışdır.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar edilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.