Naftalan şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir
16 iyul 2015 | 15:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Renessans Studio” MMC tərəfindən işlənilmiş Naftalan şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi 16 iyul 2015-ci il tarixdə Naftalan şəhərində keçirilmişdir.
İctimai müzakirənin sonunda Naftalan şəhərinin Baş planının yekun layihəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.